Baş nazirin sözçüsü: Pakistanla Azərbaycanı birləşdirən əsas cəhət sülhə bağlılıqdır
Pakistanla Azərbaycanın ən başlıca oxşarlığı hər iki ölkənin sülh tərəfdarı olmasındadır.
Bu fikirləri "Report"un Türkiyə bürosuna Beşinci Antalya Diplomatik Forumunda Pakistan Baş nazirinin xarici media üzrə sözçüsü, siyasi ekspert Moşarraf Zaidi bildirib.
Ekspert deyib ki, Pakistan da Azərbaycan kimi müharibə və münaqişələrin həllini hərbi yolla deyil, məhz sülh yolu ilə mümkün hesab edir: "Bu yanaşma xalqlarımızın və dövlətlərimizin siyasətindəki əsas xətdir. Pakistan dövləti Qarabağın işğaldan qurtarılması dövründə daim Azərbaycanın yanında oldu və dəstək verdi. Çünki Azərbaycan bu mübarizədə haqlı idi və pozulmuş hüququnu bərpa etdi. Eyni şəkildə, Azərbaycan da Hindistan–Pakistan qarşıdurmasında bizi dəstəkləyir, çünki haqqı müdafiə edir. Ona görə də mən deyərdim ki, bu münasibətlər adi dövlətlərarası əlaqələrdən fərqlənir. Bu, xüsusi münasibətdir və bunun adı qardaşlıqdır. Azərbaycan və Pakistan arasında əməkdaşlıq bütün sahələrdə ardıcıl şəkildə inkişaf edir və hər iki tərəf bu əməkdaşlığın genişlənməsində maraqlıdır".
M.Zaidi deyib ki, Azərbaycan, Türkiyə və Pakistan arasında qardaşlıq münasibətlərinin daim davam edəcəyinə inanır: "Türkiyənin sahibliyi ilə Antalya Diplomatiya Forumu çərçivəsində dövlət başçılarımızın daha bir səmimi görüşünə hamımız şahid olduq. Bu isə Türkiyə-Azərbaycan-Pakistan üçbucağının sarsılmaz olmasının göstəricisidir".
Sözçü onu da qeyd edib ki, Pakistan bu gün ABŞ-la İsrailin İranla aralarında yaşanan münaqişəyə son qoyulmasında barışdırıcı missiyasını həyata keçirir: "Bu müharibə qlobal miqyasda ciddi narahatlıq doğuran əsas məsələlərdən biridir və regionumuz üçün həm iqtisadi, həm də digər sahələrdə ağır nəticələrə səbəb olur. Bu baxımdan Pakistan, Türkiyə, Misir kimi ölkələrin sülh təşəbbüsləri təqdirəlayiqdir. Ümid edirik ki, bu cəhdlər müsbət nəticə verəcək, sülh, sabitlik əldə olunacaq və iqtisadi rifah bərpa olunacaq".
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
11 illik buraxılış imtahanının nəticələri elan olunub
-
"Ulduz" metrostansiyasının ətrafındakı yol yararsız haldadır
-
Avropanın əhalisi 53 milyon azalacaq
-
Starmer: Fransa və Britaniya Hörmüzdə müdafiə xarakterli hərbi missiyaya başlamağa hazırdır
-
Martın 9-da keçirilən buraxılış imtahanının nəticələri elan olunub, 3 nəfər maksimal bal toplayıb
-
Qəhvə aşağı təzyiqi "xilas etmir" – həkimlərdən 3 vacib açıqlama













