Bakıda tanınmış özbək miniatür ustası Cahangir Aşurovun sərgisi açılıb
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə noyabrın 18-də tanınmış özbək miniatür ustası Cahangir Aşurovla görüş və ustad dərsi keçirilib, daha sonra isə sənətkarın əsərlərindən ibarət sərgi açılıb.
BAKU.WS xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva, eləcə də sənət adamları tədbirdə iştirak ediblər.
Bakı Fotoqrafiya Evində keçirilən görüş zamanı Cahangir Aşurov iştirakçılarla yaradıcılıq təcrübəsini bölüşüb, iş texnikasını nümayiş etdirib və sualları cavablandırıb.
Tədbirdə rəssamlar, dizaynerlər, incəsənət araşdırmaçıları və sənətsevərlər iştirak edərək miniatür sənətinin incəliklərini yaxından tanımaq və onun sehrini hiss etmək imkanı əldə ediblər.
Daha sonra Bakı Fotoqrafiya Evindəki sərgi zalında Cahangir Aşurovun "Şərq miniatürü: Zamanla səyahət" sərgisinin açılış mərasimi təşkil olunub.
Sərgi miniatür sənətinin zəngin tarixini izləyicilərə çatdırmaq baxımından xüsusi əhəmiyyət daşıyır.
Qalereya
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Leyla Əliyeva və Arzu Əliyeva arıçılıq məhsullarının sərgi-satış yarmarkasını ziyarət ediblər
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edib
Leyla Əliyeva və Arzu Əliyeva Berlində MAMA "Ana təbiət" sərgisinin açılışında iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Azərbaycan elektrik şəbəkələrini yeniləyir, enerji saxlama sistemləri qurur
-
Beyrutda İraq parlamentinin keçmiş deputatının meyiti aşkarlanıb













