"Sülh Körpüsü" Təşəbbüsünün üzvü: Bakıdakı görüş nəticəyönümlü oldu, konkret razılıqlar əldə edildi
"Sülh Körpüsü" Təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin Bakıdakı görüşündə iki ölkə arasında normallaşma, sülh prosesi barədə fikir mübadiləsi aparılıb, mövcud vəziyyətlə bağlı müzakirələr olub.
Far.Az xəbər verir ki, bu barədə "Report"a Milli QHT Forumu İdarə Heyətinin sədri, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti üzvlərinin təmsil olunduğu "Sülh Körpüsü" Təşəbbüsünün üzvü Ramil İskəndərli bildirib.
O qeyd edib ki, tərəflər Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqun bərpasında rolu, yaxın gələcəkdə məhz bu rolun həyata keçirilməsi və icra olunacaq birgə fəaliyyətləri müzakirə ediblər. Həmçinin sülh prosesi ilə bağlı hər iki cəmiyyəti maraqlandıran aktual məsələlər barədə də fikir mübadiləsi aparılıb.
R.İskəndərlinin sözlərinə görə, görüşdə media sahəsində sahəsində əlaqələrinin qurulmasının intensivləşdirilməsinin həyata keçirilməsi barədə razılıq əldə olunub.
"Eyni zamanda, müxtəlif sahələr üzrə fəaliyyət göstərən ekspertlər arasında birbaşa əlaqələr qurulacaq. Ümumiyyətlə, vətəndaş cəmiyyətinin məlumatlandırılması, onların bu prosesə cəlb olunması mexanizmləri, eləcə də "Sülh Körpüsü" Təşəbbüsü çərçivəsində qarşılıqlı səfərlərin həyata keçirilməsi barədə qərar verilib. Bu görüşün əsas fərqli cəhəti odur ki, nəticəyönümlü oldu və konkret razılıqlar əldə edildi", - "Sülh Körpüsü" Təşəbbüsünün üzvü vurğulayıb.
Xatırladaq ki, noyabrın 21-22-də "Sülh Körpüsü" Təşəbbüsü çərçivəsində Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrup Azərbaycanda səfərdə olub. Səfər çərçivəsində Təşəbbüsün Ermənistandan olan nümayəndələri Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan Azərbaycandan olan həmkarları Fərhad Məmmədov, Rusif Hüseynov, Kəmalə Məmmədova, Ramil İskəndərli və Fuad Abdullayev ilə görüşüblər.
Bununla yanaşı, "Sülh Körpüsü" Təşəbbüsü üzvləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşüblər. Görüşdə Vaşinqton razılaşmasından sonra Azərbaycan və Ermənistan tərəfindən sülh gündəliyinin möhkəmləndirilməsi istiqamətində addımlar müzakirə olunub.
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
QHT Agentliyi 2026-cı il üzrə qrant müsabiqələri elan edir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dörd işçinin ölümündə təqsirləndirilən "Lake Hotel"in icarədarı həbs edilib
-
Vahid Əziz: "Böyük bir xəcalətdən yaxa qurtardıq"
-
Məsud Pezeşkian: "İnqilabdan əvvəl hicabsız qızlar çox ləyaqətli idilər"
-
Bakıda soyğunçuluq edən şəxsi polis saxladı
-
Zahid Oruc: İlham Əliyev Ukrayna üçün xilas formullarını müxtəlif dövrlərdə göstərib
-
İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycan qələbə qazandı













