Valideynlərə XƏBƏRDARLIQ - Həkimdən həyəcan təbili
Far.Az xəbər saytı

Valideynlərə XƏBƏRDARLIQ - Həkimdən həyəcan təbili


"Müasir dövrün ən böyük problemlərindən biri də internet və mobil telefondan çox istifadədir. Valideynlərin çoxu uşaqlarını sakitləşdirməkdən ötrü onlara mobil telefon verirlər. Bu da bütün həkimlər kimi bizi də narahat edir".

Bu barədə Respublika Pediatriaya Mərkəzinin Uşaq Bərpa Mərkəzinin baş həkimi, tibb üzrə fəlsəfə doktoru Cəmilə Talıbova BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, valideynlər uşaqları ilə daha çox canlı ünsiyyət qurmalı və mütəmadi məşğul olmalıdırlar.

Valideynlərə XƏBƏRDARLIQ - Həkimdən həyəcan təbili

"Valideynlər uşaqlara mütləq vaxt ayırmalıdır. Onlarla oyun şəklində, əyləncə xarakterli ünsiyyət qurmalıdır. Fiziki aktivliyi çox olan oyunlar oynanılmalıdır.

Bu gün həyətə düşüb, fiziki oyunlar oynamaq dəb deyil. Bu da uşaqlar arasında özünə qapanma, telefondan asılılıq və digər problemlərə səbəb olur. Uşaqlarda patologiyanın yaranması başlayır. Uşaqlar ünsiyyətdən qaçırlar", - deyə Cəmilə Talıbova bildirib.

Həkim həmçinin vurğulayıb ki, qulaqcıqlardan istifadə eşitmə problemlərinin yaranmasına səbəb olur:

"Eyni zamanda, hərəkətsizlik çəkinin artmasına, onurğa problemlərinin yaranmasına səbəb olur. Son vaxtlar çəki artımı ilə müraciət edən uşaqların sayı artıb".

Ziya SƏCCAD

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Bakının mərkəzində əyləncə məkanının fəaliyyəti dayandırıldı
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Bakıda gecə əyləncə klubunun fəaliyyəti dayandırılıb
İlham Əliyev Bakıda keçirilən hərbi paradda çıxış edib - CANLI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər