Reysə çıxan hər bir sürücü tibbi rəy əsasında xəttə buraxılır!
Far.Az xəbər saytı

Reysə çıxan hər bir sürücü tibbi rəy əsasında xəttə buraxılır!


BakuBus" MMC-də sürücülərin sağlamlıq vəziyyətinə nəzarət və tibbi yoxlanış prosesi qüvvədə olan normativ-hüquqi aktların tələblərinə uyğun şəkildə həyata keçirilir.

Sürücülər işə qəbul edilməzdən əvvəl Səhiyyə Nazirliyinin Kollegiyasının 13 dekabr 2012-ci il tarixli, 46 nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərin icbari tibbi müayinədən keçirilməsi tələb olunan işlərin siyahısı"na əsasən tibbi müayinədən keçirilirlər.

Bundan əlavə, "BakuBus" MMC-nin sürücüləri daxili qaydalara əsasən ildə bir dəfə tam kompleks tibbi müayinədən keçirilir. Bu proses zamanı onların ümumi sağlamlıq göstəriciləri ilə yanaşı, narkoloji testlərdən keçməsi də təmin edilir.

Sürücülərin reysqabağı tibbi müayinəsi Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli, 71 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq aparılır. Qaydaların tələblərinə əsasən, reysqabağı tibbi müayinə zamanı sürücülərin anamnezi toplanmalı, bədən temperaturu ölçülməli, nəbzi sayılmalı və nəfəsvermə havasında alkoqolun olmaması müəyyən edilməlidir.

Sağlamlıq vəziyyəti tibbi tələblərə cavab verməyən sürücülərin nəqliyyat vasitəsini idarə etməsinə icazə verilmir. Avtobus depolarında fəaliyyət göstərən tibb məntəqələri ilkin tibbi yardım vasitələri və müasir standartlara cavab verən avadanlıqlarla təchiz olunub.

Sürücülər hər gün səhər reysə çıxmazdan əvvəl həkim tərəfindən tibbi müayənədən keçirilir və yalnız müvafiq tibbi rəy əsasında xəttə buraxılır. İkinci növbədə fəaliyyət göstərən sürücülər paytaxtın müxtəlif ərazilərində yerləşən 39 tibb məntəqəsində eyni qaydada tibbi müayinədən keçirlər.

Əgər reysqabağı tibbi müayinə zamanı hər hansı şübhəli hal aşkarlanarsa, həmin sürücü xəttə buraxılmır və bu barədə aidiyyəti tibbi və inzibati qurumlara müvafiq qaydada məlumat verilir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev "BakuBus" MMC-nin Gəncə Avtoparkının açılışında iştirak edib
Gəncədə avtobus marşrutları üzrə müsabiqənin qalibləri müəyyənləşdi
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər