70 min manatlıq mənimsəmədə ittiham edilən Tofiq Xanəliyev azadlığa buraxıldı
"Gənclik" Könüllü Tələbə İdman Cəmiyyəti" İctimai Birliyinin sabiq sədri Tofiq Xanəliyevin cinayət işi üzrə ilk məhkəmə araşdırması yekunlaşıb.
Far.Az oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən sonuncu prosesdə təqsirləndirilənə hökm elan edilərək o, 5 il 6 ay azadlıqdan məhrum edilib. Tofiq Xanəliyeva Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə onun cəzası 2 il şərti cəza ilə əvəz olunub.
Qeyd edək ki, Tofiq Xanəliyev adı keçən və əsas məqsədi tələbə, gənclər arasında kütləvi bədən tərbiyəsi və idmanın inkişafına dəstək vermək olan cəmiyyətə ayrılmış 70 min manatdan çox vəsaiti mənimsəməkdə ittiham olunur. İttihama görə, o, idman tədbirləri və yarışlar üçün ayrılmış vəsaiti şəxsi mənafeyinə xərcləməkdə təqsirləndirilir.
T.Xanəliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən istintaqa cəlb edilib və barəsində
Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Cinayət işində dəymiş ziyandan 40 min manatı ibtidai istintaq zamanı ödənilib.
Sabiq sədr barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakı Uşaq və Gənclər Teatrı yeni layihəyə start verib.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub













