Bakıda AYNA-nın xüsusi avtomobilləri sürücüləri CƏRİMƏLƏYİR - RƏSMİ
Son günlər paytaxtın müxtəlif küçə və prospektlərində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) məxsus xüsusi avtomobillərin reydlər keçirdiyi müşahidə olunur.
BAKU.WS-in məlumatına görə, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Bildirilir ki, xüsusi avadanlıqlarla təchiz olunan həmin nəqliyyat vasitələri sürücülərin dayanma-durma qaydalarını, avtobus zolaqlarının qanunsuz zəbt edilməsini, eləcə də ümumi yol hərəkəti qaydalarının pozulmasını operativ şəkildə qeydə alır.
Mövzu ilə bağlı AYNA-ya müraciət etdik və qeyd edilən avtomobillərin şəhərdə hansı funksiya yerinə yetirməsini dəqiqləşdirdik. Qurumdan BAKU.WS-in sorğusuna cavab olaraq qeyd edildi ki, sözügedən İ-patrul maşınları dövlət avtomobil yollarında təşkil olunmuş parklanma məntəqələrində parklanma qaydalarının pozulması hallarını aşkar edir:
"İ-patrulların istifadə məqsədi fiziki müdaxiləni minimuma endirmək, çevik formada parklanma yerlərinin monitorinqini aparmaq və bununla parklanmanın nizamlı fəaliyyətini təmin etməkdir. Bu avtomobillərə quraşdırılmış kameralar vasitəsilə avtomatik rejimdə qayda pozuntuları müəyyən edilir, daha sonra isə məlumatlar yoxlanılır. Qayda pozuntusu təsdiqini tapdığı təqdirdə cərimə protokolu tətbiq olunur.
Xatırladaq ki, ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddəti başladılmalıdır.
Nəqliyyat vasitələrinin parklanması üçün xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddəti başladıldıqdan sonra ilk 15 dəqiqə, habelə hər gün 22:00-dan saat 07:00-dək və həftənin bazar günləri parklanma ödənişsizdir".
Orxan Hüseyn
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bakıda yeni avtomobil yolunun inşasından GÖRÜNTÜLƏR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dörd işçinin ölümündə təqsirləndirilən "Lake Hotel"in icarədarı həbs edilib
-
Vahid Əziz: "Böyük bir xəcalətdən yaxa qurtardıq"
-
Məsud Pezeşkian: "İnqilabdan əvvəl hicabsız qızlar çox ləyaqətli idilər"
-
Bakıda soyğunçuluq edən şəxsi polis saxladı
-
İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycan qələbə qazandı
-
Zahid Oruc: İlham Əliyev Ukrayna üçün xilas formullarını müxtəlif dövrlərdə göstərib













