Keçmiş bankirin oğlu yenidən həbs olundu - yarım milyonluq DƏLƏDUZLUQ
"Texnikabank" ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifovun oğlu İslam Yusifov yenidən həbs edilib.
Far.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, keçmiş bankir oğlu bu dəfə 6 nəfərin yarım milyon manatdan çox pulunu ələ keçirməkdə ittiham olunur.
Polisin apardığı istintaqla İ.Yusifovla əlbir olan İham Abbasov da cinayət məsuliyyətinə cəlb edilib. Amma o, həbs edilməyib. İ.Yusifov və İ.Abbasovun ikisinə də xüsusilə külli miqdarda dələduzluq ittihamı verilib.
Zərərçəkənlərə dəymiş ziyan ödənilməsə, onları 14 ilə kimi həbs gözləyir. Bu, İslamın ikinci eyni tipli ağır cinayəti olduğundan ağırlaşdırıcı hal hesab olunur.
Qeyd edək ki, "Texnikabank" ASC-nin Bakı filialının rəhbəri olmuş Zal Yusifov 2010-cu ildə 81 nəfərin banka qoyduğu təxminən 38 milyon manatın mənimsənilməsində, oğlu İslam isə eyni iş üzrə dələduzluq epizodunda iştirakçı kimi təqsirli biliniblər. Zal Yusifov həmin vaxt 15 il, oğlu İslam Yusifov isə 8 il azadlıqdan məhrum ediliblər. Onların milyonlarla manatlıq əmlakı müsadirə edilib. 5 il sonra İslam Yusifov, bundan illər sonra isə atası Zal Yusifov azadlığa buraxılıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Məşhur generalın yarım milyonluq evi hərraca çıxarıldı
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tanınmış bloger Nəcibə Əhmədinin toyu olub
-
"Caspian International"ın vəzifəli şəxslərinin pulunu oğurladığı həkim Aytən Səfərova imiş
-
Gələn ilin büdcəsi I oxunuşda qəbul edilib
-
Avtoyuma məntəqəsindən BYD qaçırıb qəza törətdi
-
Keçmiş bankirin oğlu yenidən həbs olundu - yarım milyonluq DƏLƏDUZLUQ
-
Çindən gətirilən avtomobillərin daşıma xərcləri 100 faizə qədər BAHALAŞDI













