Türkiyənin "Haber Global" telekanalı beş mükafata layiq görülüb
Far.Az xəbər saytı

Türkiyənin "Haber Global" telekanalı beş mükafata layiq görülüb


"Haber Global" telekanalı Türkiyənin paytaxtı Ankarada keçirilən "Kameranın şahidliyində Qəzza" mövzusu üzrə 28-ci Zoom Beynəlxalq Xəbər Müsabiqəsində beş fərqli kateqoriyada mükafatlara layiq görülüb.

BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, Suriyada 2024-cü ilin dekabrın 8-də baş verən dövlət çevrilişinə dair yayımları ilə diqqət çəkən telekanal dron və canlı yayım xəbərləri kateqoriyalarında mükafatlar qazanıb. Xəbər operatorları ilin ən yaxşı görüntülərini seçiblər.

Belə ki, "Haber Global"ın kəşfiyyat rəisi Mücahit Topçu və operator Serdar Altıntepe Suriyada dövlət çevrilişi ilə əlaqədar hazırladıqları xəbərə görə dron kateqoriyasında təltif olunublar.

Eyni zamanda, telekanalın müxbiri Mehmet Altunışık və operator Çağrı Çalışkan isə illər sonra evlərinə qayıdan suriyalılardan bəhs edən "Evə qayıdış" yayımına görə canlı yayım xəbər kateqoriyasında mükafatlandırılıblar.

Bundan başqa, "Haber Global"ın müxbiri Yunus Emre Şahbenderoğlu da "Əməvi məscidində ilk namaz" adlı xəbərinə görə xüsusi mükafatın sahibi olub.

Oxşar xəbərlər

Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı - SİYAHI
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
İlham Əliyev Bakıda keçirilən hərbi paradda çıxış edib - CANLI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər