Aboubakardan sonra Azərbaycana yeni superulduz gəlir? - Yerli klublar qış transferi hədəflərini açıqladı
Far.Az xəbər saytı

Aboubakardan sonra Azərbaycana yeni superulduz gəlir? - Yerli klublar qış transferi hədəflərini açıqladı


Ölkə çempionatının canlandırılması və yerli liqanın tanıdılması baxımından qış transfer pəncərəsi böyük əhəmiyyət daşıyır. Xüsusilə də liqanın daha rəqabətli və diqqətçəkən olması üçün ulduz futbolçu transferi variantının gündəmdə olub-olmadığı sual yaradır.

Bu baxımdan ötən ay ölkə çempionatı üçün əlamətdar olub və dünya nəhənglərinin formasını geyinmiş Vensan Aboubakar "Neftçi"yə gəlib.

Bəs görəsən qış transfer pəncərəsindən sonra necə, ulduz futbolçuları yerli çempionatımızda görə biləcəyik?

BAKU.WS-in əməkdaşı məsələ ilə əlaqədar aparıcı yerli klublara sorğu ünvanladı.

İlk olaraq çempionatımızın ən köklü komandası olan "Neftçi"nin mətbuat katibi Asəf Zeynallı bildirdi ki, qış transfer pəncərəsi ilə bağlı indidən nəsə demək bir qədər tezdir:

"Hazırda bütün diqqətimizi qış fasiləsinə qədər keçirəcəyimiz oyunlara yönəltmişik. Təbii ki, transfer məsələləri də hər zaman diqqətimizdədir. Bu elə məsələdir ki, baş məşqçinin qərarına uyğun olaraq klub tərəfindən addımlar atılır. İndidən qış "transfer pəncərəsi" barədə nəsə demək tezdir. Rəsmi bir şey olarsa, klub tərəfindən açıqlama veriləcək".

Komanda rəsmisinin sözlərinə görə, Abubakarın Azərbaycana gəlişi ölkə futbolu üçün böyük hadisədir. Belə ki, futbolçu özü ilə bərabər forma satışında canlanma və azarkeş marağını da gətirib.

"Abubakar ulduz futbolçudur. Diqqət mərkəzində olan futbolçudur. Təbii ki, forma satışına da müsbət təsir göstərir. Azarkeşlərin böyük marağına səbəb olub", - deyə Asəf Zeynallı vurğulayıb.

"Sabah" klubunun mətbuat katibi Elnur Həmidov deyir ki, hər bir transfer baş məşqçi, skaut komandası və klub rəhbərliyinin ümumi rəyi əsasında həyata keçirilir.Həmçinin klub olaraq transfer həyata keçirərkən hər zaman oyunçunun adına yox, onun komandaya hansı dərəcədə faydalı olması əsas götürülür:

"Hazırda qış transfer pəncərəsinə 1 aydan çox vaxt var. Transfer pəncərəsi dönəmində hər hansı futbolçunun keçidi ilə bağlı anlaşma əldə olunsa, bu barədə klubun rəsmi səhifələrində ictimaiyyətə ətraflı məlumat veriləcək".

"Zirə" futbol klubunun mətbuat katibi Elmar Abdullazadə isə deyir ki, komanda üçün əsas şərt futbolçunun ulduz olub-olmamasında deyil, komandaya uyğun olmasıdır. Transfer məsələləri isə məşqçinin səlahəyyətindədir.

"Turan Tovuz"un mətbuat katibi Süleyman Tağıyev də yaxın günlərdə qış təlim-məşq toplanışı haqda detallı məlumat veriləcəyini söyləyib. Transfer məsələsinə gəlincə isə bu haqda rəhbərlik və baş məşqçi arasında müəyyən fikir mübadiləsi aparıldığını vurğulayıb.

Banu Hüseynli

Oxşar xəbərlər

"Neftçi" təcrübəli hücumçu transfer etdi - Vensan Abubakar Bakıda
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan musiqi tarixində misilsiz iz qoyan bəstəkar Asəf Zeynallının vəfatından 93 il ötür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər