Arseniy Djioyev: "Azərbaycan bayrağının ən yüksəyə qalxmasına görə qürurlanıram"
Azərbaycan bayrağının yüksəklərə qalxması qürurverici andır.
Far.Az "Report"a istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan Azərbaycanın sərbəst güləşçisi Arseniy Djioyev jurnalistlərə açıqlamasında deyib.
86 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı öz uğurunu yüksək qiymətləndirib:
"Ölkəmizi sevindirdiyim üçün çox xoşbəxtəm. Təbriklərə görə hər kəsə minnətdaram. Azərbaycan bayrağının ən yüksəyə qalxmasına görə qürurlanıram. Bu qələbədə məşqçilərimizin əməyi böyükdür. Onlar idmançılara doğru istiqamət verirlər. İkiqat dünya çempionu olmuş iranlı rəqibə qarşı görüş çətin keçdi. O, öz ölkəsinin ulduz idmançısı hesab olunur. Amma bunun əhəmiyyəti yoxdur, çünki qələbəni mən qazandım. Qələbəmi ailəmə həsr edirəm".
Qeyd edək ki, Arseniy Djioyev həlledici görüşdə Bəhreyn təmsilçisi Xıdır Saypudinova 5:1 hesabı ilə qalib gəlib.
Far.Az "Report"a istinadən xəbər verir ki,
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan atleti VI İslam Həmrəyliyi Oyunlarında fəxri kürsüyə yüksəlib
Hidayət Heydərov VI İslam Həmrəyliyi oyunlarında yarımfinala yüksəlib
Hidayət Heydərov VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb
İslamiada: Azərbaycan güləşçisi gümüş medal qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
-
Kolumbiyada hərbi obyektə dron hücumu nəticəsində 3 hərbçi ölüb













