Azərbaycanın turizm heyəti COP30 tədbirində təmsil olunub
Braziliyanın Belem şəhərində BMT-nin COP30 tədbiri çərçivəsində turizm və iqlim fəaliyyəti mövzusunda keçirilən yüksək səviyyəli tədbirlərdə Dövlət Turizm Agentliyinin nümayəndə heyəti Azərbaycanı təmsil edib.
BAKU.WS xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Bildirilir ki, tədbir çərçivəsində təşkil edilən görüş və panel müzakirələrində qurumun nümayəndəsi Günay Bayramova COP29-dan sonra Azərbaycanın apardığı fəaliyyətlər və yeni prioritetlər barədə geniş məlumat təqdim edib.
G.Bayramova Azərbaycanın COP29-da göstərdiyi liderliyin - xüsusilə "Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Bəyannamə"nin qəbuluna verdiyi dəstəyin turizm sektorunun qlobal iqlim gündəmində daha geniş tanınmasına mühüm töhfə verdiyi iştirakçıların diqqətinə çatdırıb.
O bildirib ki, COP29 təcrübəsi turizmin bir çox ölkənin iqlim siyasətində hələ də lazımi qədər nəzərə alınmadığını göstərib və bu səbəbdən milli və beynəlxalq səviyyədə turizmlə iqlim siyasətlərini əlaqələndirə biləcək qlobal tərəfdaşlıq mexanizminin formalaşdırılması zəruridir.
Müzakirələrdə yaradılmaqda olan "Qlobal Tərəfdaşlıq" təşəbbüsünün ölkələr və biznes subyektləri arasında koordinasiyanı gücləndirən mühüm platforma rolunu oynaya biləcəyi bildirilib.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyası (COP30) bu il 10-21 noyabrda keçirilib. 19-20 noyabr tarixləri "Turizm günləri" olaraq təşkil edilib.
Turizm mövzusu COP tarixində ilk dəfə 2024-cü ildə Azərbaycanın ev sahibliyi etdiyi COP29 tədbiri çərçivəsində 20 noyabr tarixinin "Turizm günü" olaraq gündəliyə daxil edilməsi ilə xüsusi diqqətdə saxlanılıb.
Oxşar xəbərlər
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi COP30-da fəal iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dörd işçinin ölümündə təqsirləndirilən "Lake Hotel"in icarədarı həbs edilib
-
Vahid Əziz: "Böyük bir xəcalətdən yaxa qurtardıq"
-
Məsud Pezeşkian: "İnqilabdan əvvəl hicabsız qızlar çox ləyaqətli idilər"
-
Bakıda soyğunçuluq edən şəxsi polis saxladı
-
İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycan qələbə qazandı
-
Zahid Oruc: İlham Əliyev Ukrayna üçün xilas formullarını müxtəlif dövrlərdə göstərib













