SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2026-cı ildə tarixinin ən geniş seysmik proqramını həyata keçirməyi planlaşdırır.
Far.Az "Report"a istinadən xəbər verir ki, bunu SOCAR-ın rezervuarların inkişafı üzrə meneceri Murad Seyidov "SPE Xəzər Texniki Konfransı-2025" çərçivəsində keçirilən panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, şirkət gələn ildən yetkin yataqlarda ehtiyatların daha dəqiq xəritələnməsi üçün SOCAR tarixində ən böyük seysmik tədqiqat proqramına start verəcək:
"Məhdud büdcə şəraitində ən böyük dəyər yaradan sahələri düzgün hədəfləməliyik. 2026-cı ildə həyata keçirəcəyimiz seysmik proqram SOCAR-ın tarixində ən genişmiqyaslı fəaliyyət olacaq və əsas məqsəd yeraltı ehtiyatların dəqiq müəyyən edilməsidir".
O əlavə edib ki, seysmik işlərlə yanaşı, digər məlumat toplama prosesləri də "Baker Hughes", "Halliburton" və "Schlumberger" kimi beynəlxalq tərəfdaşlarla birgə aparılır:
"Qeyri-müəyyənliyin azaldılması üçün texnoloji əməkdaşlıq əsas amildir. Yalnız düzgün hədəfləri müəyyən etdikdən sonra yataqların tammiqyaslı canlandırılmasına investisiya yatırmaq mümkündür".
Oxşar xəbərlər
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Xalq artisti Hacı Murad Yegizarov II Fəxri xiyabanda dəfn olunub
"Global Media Group" Media Akademiyasının təlim proqramına start verilib
Ucuz qiymətə torpaq sahəsi almaq istəyənlər üçün YENİ XƏBƏR
Nazirliklərə məxsus avtomobillər satışa çıxarıldı - QİYMƏTLƏR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb
-
Hörmüz boğazının cənubunda iki neft tankeri minaya düşərək partlayıb













