Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
İstehlak krediti götürən şəxsə zamin duranlara yeni borc limiti qoyulub.
Far.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Mərkəzi Bankın sədri Taleh Kazımovun sentyabrın 15-də imzaladığı müvafiq qərar noyabrın 10-da qüvvəyə minib.
Qərara əsasən, istehlak krediti üzrə təminat qismində zaminlik çıxış etdikdə zaminin borcun gəlirlərə nisbəti (BGN əmsalı) 70 faizdən artıq olmamalıdır.
Bu o deməkdir ki, istehlak krediti götürən şəxsə zamin duran şəxsin borcunun gəlirlərinə nisbəti 70 faizdən çox olmamalıdır.
Sadə dillə desək, zaminin aylıq borc ödənişləri onun gəlirlərinin 70 faizini keçməməlidir. Məsələn, zaminin aylıq gəliri 1 000 manatdırsa, borc ödənişləri 700 manatdan artıq olmamalıdır. Belə olduğu təqdirdə, həmin şəxslər zamin qismində çıxış edə bilməyəcəklər.
Bu tələb noyabrın 10-dan sonra yaranmış kredit tələblərinə şamil ediləcək.
Məlumat üçün bildirək ki, aşağıdakı hallar istisna olmaqla istehlak krediti BGN əmsalı 70 faizdən çox olmayan borcalanlara verilir:
milli valyutada istehlak kreditlərinin təminatı qismində eyni bankda olan depozitlər (borcalana və ya üçüncü şəxsə aid) çıxış etdikdə kreditin təminata olan nisbəti (KTN əmsalı) 100%-dən, digər birinci qrup təminatlar çıxış etdikdə KTN əmsalı 90%-dən, banka saxlanc girovu kimi qoyulmuş qiymətli metallar (bank metalları istisna olmaqla) çıxış etdikdə KTN əmsalı 70%-dən çox olmadıqda;
xarici valyutada istehlak kreditlərinin təminatı qismində eyni bankda xarici valyutada olan depozitlər (borcalana və ya üçüncü şəxsə aid), yaxud digər birinci qrup təminatlar çıxış etdikdə KTN əmsalı 90%-dən çox olmadıqda.
Limiti borcalanın vergidən sonra xalis gəlirlərinin 5 mislindən artıq olan istehlak krediti xətlərinin məcmu miqdarı bankın tutulmalardan sonra I dərəcəli kapitalının 1 faizindən artıq olmamalıdır.
Hesablama zamanı yuxarıda nəzərdə tutulmuş təminatlarla təmin edilmiş kredit xətləri istisna olmaqla borcalanın bütün kredit təşkilatları qarşısındakı öhdəlikləri nəzərə alınır.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İqtisadi Şuranın iclası keçirildi: Taleh Kazımovun məruzələri dinlənildi
Kredit borcuna görə zaminin avtomobillərinə qadağa qoyula bilərmi?
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib













