SpaceX tarixə düşdü: Kosmik gəmi havada mexaniki qollarla tutuldu
Far.Az xəbər saytı

SpaceX tarixə düşdü: Kosmik gəmi havada mexaniki qollarla tutuldu


"SpaceX" şirkəti "Starship" kosmik gəmisinin yörüngə uçuşundan sonra Yerə qayıdan üst pilləsini nəhəng mexaniki qollar vasitəsilə havada tutmağa nail olub.

Far.Az xarici mediaya istinadən xəbər verir ki, hadisə ABŞ-nin Texas ştatında yerləşən "Starbase" kosmodromunda baş verib. Təxminən 22 saatlıq uçuşdan sonra kosmik gəmi "Mechazilla" adlı buraxılış qülləsinin "yemək çubuqları" kimi tanınan mexaniki qolları ilə havada saxlanılıb.

Bu, kosmik uçuşlar tarixində orbitə çatmış kosmik gəminin buraxılış qülləsində mexaniki qollarla tutulmasının ilk nümunəsi kimi qiymətləndirilir.

"SpaceX"in 15-ci sınaq uçuşu zamanı "Super Heavy" gücləndiricisinin də Yerə təhlükəsiz qaytarılması planlaşdırılsa da, onun eniş trayektoriyasında problem yaranıb. Nəticədə gücləndirici Meksika körfəzinə yönəldilib və suya çatmadan havada partlayıb.

Bununla belə, şirkət eyni uçuş zamanı 26 yeni nəsil "Starlink V3" peykini orbitə yerləşdirib.

Qeyd edək ki, "Starship" sisteminin hər iki pilləsinin təkrar istifadəsi kosmik uçuşların maya dəyərinin azaldılması baxımından əhəmiyyət daşıyır. Bu texnologiyanın NASA-nın "Artemis" proqramı çərçivəsində Aya uçuşlarda, eləcə də "SpaceX"in Marsa insan göndərmək planlarında istifadə edilməsi nəzərdə tutulur.

Oxşar xəbərlər

"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
“Starship” kosmik gəmisinin prototipini daşıyan raket altı altıncı sınaq uçuşunu həyata keçirib
"SpaceX" Luizianada "Starship" üçün yeni kosmodrom inşa edəcək
"SpaceX" 12-ci sınaq uçuşunda "Starship"i işə salıb
 “Starship”in yeddinci sınaq uçuşu uğursuz alınıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər