İlham Zəkiyev: Yarışa yaxşı hazırlaşa bilməsəm də, vətənə medalla qayıtdım
Far.Az xəbər saytı

İlham Zəkiyev: Yarışa yaxşı hazırlaşa bilməsəm də, vətənə medalla qayıtdım


Azərbaycanın paralimpiyaçısı İlham Zəkiyev zədəsi ucbatından Paralimpiya Oyunlarına yaxşı hazırlaşa bilmədiyini, bununla belə, ölkəyə medalla qayıtdığını bildirib.

“Far.Az” xəbər verir ki, bu barədə idmançı onu hava limanında qarşılayan jurnalistlərə açıqlamasında söyləyib.

“Təəssüf ki, zədələrim ucbatından istədiyim kimi hazırlaşa bilmədim. Lakin buna baxmayaraq, vətənə bürünc medalla döndüm. Ümumiyyətlə, Olimpiadada, Paralimpiya Oyunlarında istənilən medal qələbə deməkdir”, – o vurğulayıb.

Birinci görüşündə fransalı rəqibinə məğlub olan idmançının sözlərinə görə, həmin qarşılaşmada “hakimlərin tərəfkeşliyini edirdi”.

44 yaşlı idmançı uğurunun sirrini də paylaşıb: “İnsan öz üzərində çalışarsa, hər şeyi mümkün edə bilər. Mümkün olmayan şey yoxdur. İşini sevə-sevə yanaşanda nəticə əldə edilir”.

Xatırladaq ki, Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Paralimpiya Oyunlarında yüksək nəticələr əldə etmiş Azərbaycan idmançılarının növbəti qrupu vətənə qayıdıb.

Oxşar xəbərlər

Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Paris-2024: İlham Zəkiyev bürünc medal qazanıb - YENİLƏNİB - 2
Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər