Asif Əsgərli: Azərbaycan təkcə neft-qaz ixracatçısı deyil, həm də "yaşıl enerji"yə yönələn bir ölkədir
Far.Az xəbər saytı

Asif Əsgərli: Azərbaycan təkcə neft-qaz ixracatçısı deyil, həm də "yaşıl enerji"yə yönələn bir ölkədir


Azərbaycan təkcə neft-qaz ixracatçısı deyil, siyasətini həm də "yaşıl enerji" və "yaşıl iqtisadiyyat"a yönəldən bir ölkədir.

“Far.Az” xəbər verir ki, bunu Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı İctimai Birliyinin sədri Asif Əsgərli Bakıda COP29-a beynəlxalq ictimai dəstək üçün keçirilən “Gənc Liderlər Vasitəsilə Ətraf Mühit Siyasətinin Dəstəklənməsi” adlı Beynəlxalq Gənclər Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycan bu gün təkcə "yaşıl enerji" istehsal etmir, həm də onu ixrac edir.

“Azərbaycan Avropaya yaşıl enerji ixrac etməyə başlayır. Hazırda istiləşmə normasının həddən çox olması bu gün üzləşilən əsas problemlərdəndir. Getdikcə karbon qazının artması ətraf-mühitlə bağlı problemlərə yol açır. Ona görə də bu gün hökumət strukturları ilə yanaşı, gənclər təşkilatlarının, QHT-lərin də iqlim mübarizəsində rolu olmalıdır. Bu forum da onların fəaliyyətinin təşviqinə xidmət edir”, - o əlavə edib.

Oxşar xəbərlər

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
Beynəlxalq Gənclər Forumunda Bakı Bəyannaməsi qəbul olunacaq
COP29 qlobal səviyyədə istixana qaz emissiyalarının balansını təmin edəcək - FOTO - ANALİZ 
Azərbaycanda keçiriləcək COP29 - iqlim dəyişmələrinin qarşısıalınmaz fəsadları ilə mübarizədə yeni mərhələ - RƏY

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər