Aerport yolunda AĞIR QƏZANIN ANBAAN VİDEOSU
Far.Az xəbər saytı

Aerport yolunda AĞIR QƏZANIN ANBAAN VİDEOSU


Bu gün səhər saatlarında Aeroport şosesi, mərkəz istiqamətində hərəkət edən minik avtomobili yük maşınına çırpılıb.

Far.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Nəticədə minik avtomobilinin sürücüsü həyatını itirib. Hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyi ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.

"Bu cür qəzaların olmaması üçün sürücülər sadəcə həyat üçün vacib olan iki nüansa məsuliyyətlə yanaşmalıdırlar.

1. Onlar yorğun və yuxusuz halda sükan arxasına keçməməlidirlər;

2. Yolda diqqəti yayındıracaq hərəkətlərə yol verməməlidirlər.

Bu hadisə bir daha onu göstərdi ki, yollar edilən səhvləri bağışlamır",- deyə məlumatda vurğulanıb.

Oxşar xəbərlər

Dövlət qurumlarına məxsus nəqliyyat vasitələri satışa çıxarılır - SİYAHI
Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı - SİYAHI
Bakıda maye qaz daşıyan yük avtomobilinin törətdiyi qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azercell-in dəstəyilə "YAŞAT" Fondu şəhid övladları üçün II İntellektual Marafonunu təşkil edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər