Hakan Fidan NATO rəhbəri ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib
Far.Az xəbər saytı

Hakan Fidan NATO rəhbəri ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib


Türkiyə xarici işlər naziri Hakan Fidan Brüsseldə NATO qərargahında xarici işlər nazirlərinin görüşü çərçivəsində Böyük Britaniya və Niderlanddan olan həmkarları - İvett Kuper, David van Vil, eləcə də NATO-nun rəhbəri Mark Rütte ilə görüşüb.

Far.Az "Report"a istinadən xəbər verir ki, H.Fidan və NATO-nun Baş katibi Ukrayna və Rusiya arasında müharibənin sona çatdırılması istiqamətində göstərilən səylər, həmçinin Qara dəniz təhlükəsizliyi məsələlərini müzakirə ediblər.

Türk diplomatik mənbələrin bildirdiyinə görə, Böyük Britaniyanın xarici işlər naziri İvett Kuper ilə görüşdə Qəzzadakı vəziyyət, Rusiya-Ukrayna müharibəsinin sona çatdırılması üçün səylər, eləcə də Suriya və Livan məsələləri müzakirə olunub.

Rusiya-Ukrayna müharibəsinin sona çatdırılması ilə bağlı Fidan ədalətli və davamlı həllin tapılmasının vacibliyini vurğulayıb.

Fidanın Niderlandın xarici işlər naziri David van Vil ilə görüşü barədə ətraflı məlumat verilməyib.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Xocalının Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşüb
I Qarabağ müharibəsinin daha üç itkin-şəhidi dəfn olunub
"Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimi sona çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər