Ev və mağazalardan silsilə oğurluqlar edən şəxs saxlanılıb
Paytaxtın Nəsimi rayonunda silsilə oğurluq hadisəsi baş verib.
Far.Az xəbər verir ki, naməlum şəxs müxtəlif vaxtlarda zərərçəkənlərdən birinin evinin açıq qalmış qapısından içəri daxil olaraq 1500 manat dəyərində qızıl-zinət əşyasını, iki vətəndaşın isə mağazanın saxlanc yerinə qoyduqları çantalarından ümumilikdə 2314 manat nağd pul, 1780 manat dəyərində mobil telefon, bank kartları və sənədləri talayıb.
Bu barədə zərərçəkənlər polisə müraciət ediblər.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə talama cinayətlərini törətməkdə şübhəli bilinən N.Məmmədova müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun başqa bir vətəndaşı "zəng etmək" bəhanəsi ilə aldadıb mobil telefonunu ələ keçirdiyi də məlum olub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İlham Əliyev Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Şuşada "8 Noyabr - Zəfərin təntənəsi" adlı silsilə tədbirlər keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün













