"Neftçi"nin yeni baş məşqçisi xüsusi icazə ilə - Bakıya gəldi
Far.Az xəbər saytı

"Neftçi"nin yeni baş məşqçisi xüsusi icazə ilə - Bakıya gəldi


"Neftçi"nin baş məşqçi postuna əsas namizəd Yuri Vernidub artıq Bakıdadır.

Far.Az Sportinfo.az-a istinadən xəbər verir ki, o, gecə saatlarında Ukraynadan Azərbaycana gəlib.

59 yaşlı çalışdırıcı xüsusi icazə məktubu əsasında ölkəsini tərk edə bilib.

Paytaxt təmsilçisi yerli dövlət qurumlarına bu məqsədlə müraciət ünvanlayıb və razılıq alınıb. Əks halda, Vernidubun yolunu yanvarın sonunadək gözləmək lazım gələcəkdi. Çünki Ukrayna Rusiya ilə müharibə şəraitinə görə 60 yaşadək kişilərin ölkədən çıxışına qadağa qoyub.

Bu ilin yanvarından bəri heç yerdə çalışmayan, bir ara ordu sıralarına qoşulan, artilerriya diviziyasında döyüşən Vernidubun 60 yaşı gələn il yanvarın 22-si tamam olacaq.

Bakılıları son bir ildə Samir Abasov çalışdırıb. O, noyabrın 24-ü, Premyer Liqanın 13-cü turunda "İmişli"yə 2:3 hesablı məğlubiyyətin ertəsi günü istefaya göndərilib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər