Harri Keyn İngiltərə millisində 100-dən artıq oyun keçirən onuncu futbolçu olub
Far.Az xəbər saytı

Harri Keyn İngiltərə millisində 100-dən artıq oyun keçirən onuncu futbolçu olub


İngiltərə millisinin futbolçusu Harri Keyn yığmanın heyətində 100-dən artıq oyun keçirən onuncu futbolçu kimi tarixə düşüb.

"Far.Az" xəbər verir ki, 31 yaşlı hücumçu Millətlər Liqasının hazırda davam edən Finlandiya ilə matçında meydana çıxıb və milli tarixində 101-ci qarşılaşmasını keçirir.

"Bavariya"nın (Almaniya) hücumçusu İngiltərə millisini meydana kapitan sarğısında çıxarıb.

Yığmanın heyətində 100-dən artıq matç keçirən digər doqquz futbolçunun adlarını təqdim edirik:

1. Piter Şilton(125)

2. Ueyn Runi (120)

3. Devid Bekhem (115)

4. Stiven Cerrard (114)

5. Bobbi Mur (108)

6. Eşli Koul (107)

7. Bobbi Çarlton (106)

8. Frenk Lempard (106)

9. Billi Rayt (105)

Oxşar xəbərlər

UEFA Millətlər Liqası: Azərbaycan yığması İsveçə məğlub olub - YENİLƏNİB - 7
Bakıda avtobus sürücüsü əks yola çıxaraq qaydanı belə pozdu - VİDEO
Mehriban Əliyeva doğum gününü xüsusi qayğıya ehtiyacı olan uşaqlarla keçirməsini əks etdirən görüntülər paylaşıb
Mehriban Əliyeva doğum gününü daun sindromlu uşaqlarla keçirib - VİDEO
Millətlər Liqası: Azərbaycan səfərdə Slovakiyaya məğlub olub - YENİLƏNİB - 5

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər