09
dekabr
2025
10:50
88
36
739
yuxarı
"İçərişəhər" stansiyasının qarşısındakı parklanma yeri buna görə bağlanıbmış - RƏSMİ
Bakı şəhəri, Səbail rayonu, metronun "İçərişəhər" stansiyasının yaxınlığındakı parklanma zonasına giriş məhdudlaşdırılıb.
Məsələ ilə əlaqədar Bakı metropolitenindən Far.Az-in sorğusuna cavab olaraq bildirilib ki, Bakı metropolitenində xətlərin ayrılması layihəsi çərçivəsində "İçərişəhər" stansiyasında dönmə kamerasının inşası nəzərdə tutulub.
"Ərazidə hazırlıq işləri aparılır. İşlərə başlandığı zaman ictimaiyyətə məlumat təqdim ediləcək", - deyə məlumatda qeyd olunub.
Banu Hüseynli














