Nazir: "Özəl sektorda əmək müqavilələrinin sayı 6 %-ə yaxın artıb"
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda özəl sektorda əmək müqavilələrinin sayı 5,8 % artıb.
"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, əmək və məşğulluq altsisteminin məlumatlarına əsasən, ölkə üzrə əmək müqavilələrinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 % artıb: "Bu baxımdan xüsusilə vurğulamaq istərdim ki, məşğulluğun strukturunda özəl sektorun payının artırılması istiqamətində davamlı dəyişikliklər baş verir. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə özəl sektorda əmək müqavilələrinin sayı 5,8 % və ya 59 min artıb".
Nazir qeyd edib ki, bununla yanaşı, əmək və məşğulluq altsisteminin məlumatlarına əsasən, ölkə üzrə əməkhaqqı fondu cari ildə 8, 5% artıb: "Cari ildə bir sıra istiqamətlər üzrə əməkhaqqı sisteminin təkmilləşdirilməsi ilə bağlı qərarlar qəbul edilib, dövlət qulluqçularının, Müdafiə Nazirliyinin hərbi qulluqçularının və səhiyyə sistemində çalışan işçilərin əməkhaqlarında artımlar həyata keçirilib. Ümumilikdə, nazirlik tərəfindən əhalinin 22 %-nə, yəni 2,2 milyon nəfərə aylıq əsasda 9 milyon manat məbləğində ödəniş edilir".
Oxşar xəbərlər
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib
Məşhurlardan 29 Oktyabr – Cümhuriyyət bayramı PAYLAŞIMLARI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"United Airlines" şirkətinin işində iri miqyaslı nasazlıq yaranıb
-
Pentaqon Yaxın Şərqdə 20-dən çox gəmi cəmləşdirib
-
Muxtar Babayev: Azərbaycan və Türkiyə Cəbrayılda Meşə Təlim Mərkəzi yaradıb
-
Muxtar Babayev: İqlim maliyyəsi üçün yeni mexanizmlərin yaradılması vacibdir
-
Ronaldonun oğlu Portuqaliya millisində – Atasının yolunu davam etdirə biləcək?
-
Azərbaycanda daha bir həkim vəfat etdi













