Azərbaycan–NATO əlaqələrinin inkişaf istiqamətləri müzakirə olunub
Dekabrın 9-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov "16-cı NATO günləri" çərçivəsində ölkəmizdə səfərdə olan alyansın Avropa Ali Müttəfiq Qüvvələr Komandanlığının (SHAPE) Qərargah rəisinin müavini - Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Yusuf Karagüllenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qonaqları salamlayan müdafiə naziri Azərbaycan ilə NATO arasında xüsusi əhəmiyyət daşıyan əlaqələrin hər iki tərəf üçün peşəkar hərbi kadrların inkişafına müsbət töhfə verdiyini bildirib.
General-polkovnik Z.Həsənov NATO-nun dünyada sülhün və təhlükəsizliyin təmin olunmasında rolunu yüksək qiymətləndirib, ölkəmizin alyansla qarşılıqlı əməkdaşlığa daim önəm verdiyini, həmçinin Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Ortaq Qüvvələr Birliyinə əlavə qüvvələrin bəyan edildiyini diqqətə çatdırıb.
Kontr-admiral Y.Karagülle Azərbaycan-NATO əlaqələrinin daha da genişləndirilməsini, həmçinin ölkəmizin Alyansın həyata keçirdiyi təhlükəsizlik və sabitliyin təşviqi, böhrana cavab əməliyyatlarında iştirakını yüksək qiymətləndirib və qarşılıqlı səfərlərin, müxtəlif formatlarda keçirilən görüşlərin səmərəli olduğunu xüsusi vurğulayıb.
Bu günədək Azərbaycan Ordusunun NATO qərargahlarında Tərəfdaşlığın Qərargah Elementi Konsepsiyası çərçivəsində xidmət edən 40-dan çox zabitinin peşəkarlığı yüksək qiymətləndirilib.
Görüşdə ölkəmizlə Alyans arasında hərbi, hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb, gələcək planlar müzakirə olunub.
"Sülh Naminə Tərəfdaşlıq" (SNT) Proqramı çərçivəsində Azərbaycan Ordusunun 250-dək nümayəndəsinin xarici ölkələrdə keçirilən 146 beynəlxalq tədbirdə, 395 nəfərin isə ölkəmizdə təşkil edilən 33 NATO tədbirində iştirak etdiyi bildirilib.
Qeyd edək ki, dekabrın 12-dək keçiriləcək "16-cı NATO günləri" çərçivəsində qonaqlar bir neçə hərbi hissəni və Mili Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrini ziyarət edəcəklər.
Oxşar xəbərlər
"Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimi sona çatıb
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda kafedə dava zamanı bir nəfər öldürüldü - 9 nəfər saxlanıldı - ANBAAN VİDEO
-
Elin Süleymanov: Cənubi Qafqaz sülh nümunəsinə çevrilib
-
Özbəkistan və Hindistan XİN başçıları Bakıda görüş keçiriblər
-
Fransada yeni etiraz aksiyalarına görə təhlükəsizlik tədbirləri gücləndiriləcək
-
İrəvanda COP-17 və "yaşıl ikiüzlülük" - Cənubi Qafqazın ekologiyasına Ermənistanın "töhfələri"
-
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - ANBAAN VİDEO













