Məhkəmə piyadanı öldürməkdə ittiham edilən sürücünün GÜNAHSIZ olduğunu ortaya çıxardı
Far.Az xəbər saytı

Məhkəmə piyadanı öldürməkdə ittiham edilən sürücünün GÜNAHSIZ olduğunu ortaya çıxardı


Bakıda, Ayna Sultanova heykəlinin yaxınlığında baş verən və bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi üzrə məhkəmə prosesi başa çatıb.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim Aynurə Sadıqovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, iş üzrə təqsirləndirilən Cavid Əsgərovun təqsiri sübuta yetirilmədiyindən ona bəraət verilib.

Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, piyada yolu piyadalar üçün nəzərdə tutulmayan hissədən keçib. O, digər avtomobilin qarşısından qəflətən qaçaraq yola daxil olub. Bu səbəbdən Cavid Əsgərovun toqquşmanın qarşısını almaq imkanı olmayıb. Toplanmış sübutlar əsasında məhkəmə Cavid Əsgərovun günahsız olduğunu müəyyən edib.

Qeyd edək ki, 2000-ci il təvəllüdlü Cavid İsa oğlu Əsgərov idarə etdiyi "Mercedes-Benz C250" markalı, 99-GC-949 dövlət qeydiyyat nişanlı avtomobillə Atatürk prospekti ilə metronun "Gənclik" stansiyası istiqamətində hərəkətdə olarkən piyadanı vurmuşdu. Ağır xəsarətlər alan piyada Məhəmməd İmaməli oğlu Babaşov xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişmişdi.

Hadisə ilə bağlı Cavid Əsgərov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan ölümə səbəb olduqda) ilə təqsirləndirilmiş şəxs qismində məsuliyyətə cəlb olunmuşdu.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Əminə Yusifqızı ilə vida mərasimi başa çatıb
Qaradağlı faciəsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər