SOCAR bu il mənfəətini 14 faiz artırıb
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2025-ci ilin yanvar-iyun aylarında 1 milyard 761 milyon manat xalis mənfəət əldə edib. Bu göstərici ötən ilin eyni dövrü ilə (1 milyard 550 milyon manat) müqayisədə 14% artıb.
Far.Az SOCAR-a istinadən xəbər verir ki, hesabat dövründə şirkətin satışdan gəlirləri 5.7% azalaraq 42 milyard 500 milyon manata düşsə də, satışının maya dəyəri bundan çox - 12.6% azalaraq 36 milyard 127 milyon manata düşüb. Son nəticədə şirkətin ümumi mənfəəti 71.9% artaraq 6 milyard 373 milyon manata yüksəlib.
Ötən ilin eyni dövründə şirkətin satışdan gəlirləri 45 milyard 54 milyon manat, satışının maya dəyəri 41 milyard 347 milyon manat olmuşdu.
Bu il iyulun 1-nə SOCAR-ın aktivləri 96 milyard 470 milyon, öhdəlikləri isə 47 milyard 144 milyon manat təşkil edib.
Oxşar xəbərlər
SOCAR-ın xalis mənfəəti 14 % artıb
Milli Məclis 2026-cı ilin dövlət büdcəsini təsdiqlədi
SOCAR-ın xalis mənfəəti 9 %-dən çox artıb
2025-ci ildə Azərbaycanın təbii qaz gəlirləri 6,7 milyard dollar olub - STATİSTİKA
Azərbaycan ictimaiyyəti Qorbaçovun Nobel Mükafatından məhrum olunmasını istəyir - AÇIQ MƏKTUB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
CENTCOM: Hörmüz boğazından 1,7 milyard bareldən çox neft daşınıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb













