Ərdoğan Azərbaycana təşəkkür edib
Far.Az xəbər saytı

Ərdoğan Azərbaycana təşəkkür edib


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) hazırlığa göstərdiyi dəstəyə görə Azərbaycana minnətdarlığını ifadə edib.

Far.Az report-a istinadən xəbər verir ki, o, bu açıqlamanı COP31 Liderlər Sammitindəki çıxışı əsnasında səsləndirib.

Türkiyə dövlət başçısı vurğulayıb ki, beynəlxalq tədbirin hazırlıq prosesinə göstərdiyi dəstəyə görə bir neçə ölkəyə təşəkkür etmək lazımdır:

"COP31 çərçivəsində qəbul ediləcək qərarların bütün bəşəriyyət üçün xeyirli olmasını arzulayıram. Bu xüsusda BMT Baş katibinə göstərdikləri dəstəyə görə təşəkkürümü bildirirəm. Həmçinin əvvəlki COP sədrilikləri zamanı əldə etdikləri təcrübəni bizimlə bölüşən Braziliyaya və can Azərbaycana da təşəkkür edirəm".

Oxşar xəbərlər

Şuşada Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub
İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - Yenilənib-3
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Rəcəb Tayyib Ərdoğan 10-cu dəfə baba oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər