Leyla Əliyeva Türkmənistanda Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun Avaza filialının açılışında iştirak edib
Dekabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun Avaza filialının açılışı olub.
Far.Az AZƏRTAC-a istinadən xəbər verir ki, açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva iştirak ediblər.
Tədbirdə çıxış edən Oğulcahan Atabayeva Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə yaradılan Fondun irimiqyaslı və səmərəli iş apardığını diqqətə çatdırıb. "Fondun yaradılması hər bir vətəndaşa xeyriyyəçilik fəaliyyətində iştirak etməyə şərait yaratdı. Onun köməyi ilə yüzlərlə çətin tibbi əməliyyatlar olunub və bir sıra tibb müəssisələri müasir avadanlıqlarla təmin edilib", - o bildirib.
Uşaqlara qayğının dövlət siyasətinin prioritet məsələlərdən biri olduğunu deyən Oğulcahan Atabayeva filialda uşaqlara yüksəkkeyfiyyətli tibbi yardım xidmətindən əlavə, həmçinin onların istirahəti və reabilitasiyası üçün də şərait yaradıldığını diqqətə çatdırıb. Oğulcahan Atabayeva Birləşmiş Millətlər Təşkilatının səylərinə, xüsusən də dünyada uşaqların həyat tərzinin yaxşılaşdırılmasına yönəlmiş Davamlı İnkişaf Məqsədlərinə bundan sonra da fəal dəstək olacaqlarını bildirib.
Qeyd edək ki, Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondu 2021-ci ildə yaradılıb. Qurumun əsas məqsədi gənc nəslə dəstək olmaq, onların yaşayışı üçün münbit şərait yaratmaq, qayğıya ehtiyacı olan uşaqların sağlamlığının bərpasına kömək etməkdir. Bu günə qədər Fondun vəsaiti hesabına Türkmənistanda və digər ölkələrdə bir çox xeyriyyə və humanitar layihələr həyata keçirilib. Fondun humanizm, ədalət və xoşməramlı prinsiplərə söykənən fəaliyyəti, həmçinin dövlət tərəfindən dəstəklənir. Fond humanitar missiyasını beynəlxalq səviyyədə də həyata keçirir.
BMT-nin Uşaq Fondu UNICEF ilə əməkdaşlıq edən Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondu tərəfindən bu günə qədər Türkiyə, Ukrayna, Rusiya, Əfqanıstan, Tacikistan və Fələstində fövqəladə və təbii fəlakətlərdən zərər çəkmiş uşaqlara humanitar yardımlar da göndərilib.
Qalereya
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Bakıda Zəfər muzeyinin açılışı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan şəkər ixracından qazancını 4 dəfədən çox artırıb
-
Sumqayıtda futbol oynayarkən halı pisləşən gənc ölüb
-
Türkiyə Ali Məhkəməsinin nümayəndə heyəti Xankəndidə bərpa işləri ilə tanış olub
-
Qurban Qurbanov Elvin Cəfərquliyevin cəzalandırılmasından danışdı
-
"Axios": Danışıqlarda irəliləyiş olmasa, ABŞ İranla müharibəyə yenidən başlaya bilər
-
"CNN": İran Hörmüzdən keçid üçün pul ödəyən gəmilərə üstünlük verəcək













