Altı ay çalışan işçiyə il bitənədək məzuniyyət verilməsi məcburi olacaq
Əmək məzuniyyətinin verilməsi qaydasında dəyişiklik ediləcək.
Far.Az "Trend"ə istinadən xəbər verir ki, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə görə, işçiyə altı ay işlədikdən sonra birinci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında işəgötürənlə razılaşdırıldığı vaxtda verilə bilər.
İşçiyə işin ikinci və sonrakı illəri üçün məzuniyyət işəgötürənlə qarşılıqlı razılıqla müəyyən edilən vaxtda verilə bilər.
Layihəyə əsasən, işçiyə altı ay işlədikdən sonra birinci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında işəgötürənlə razılaşdırıldığı vaxtda veriləcək.
İşçiyə işin ikinci və sonrakı illəri üçün məzuniyyət işəgötürənlə qarşılıqlı razılıqla müəyyən edilən vaxtda veriləcək.
İşçinin təşəbbüsü ilə əmək məzuniyyətindən geriçağırılma yalnız işəgötürənin mülahizəsi ilə həyata keçiriləcək.
Oxşar xəbərlər
Bakı Uşaq və Gənclər Teatrı yeni layihəyə start verib.
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclası başladı
Milli Məclisin növbədənkənar sessiyası üzrə son iclasının gündəliyi açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Multikulturalizmə giriş" fənnini tədris edən müəllimlər üçün treninq təşkil olunub
-
Sabah Bakı və Abşerona arabir yağış, rayonlara isə qar yağacaq
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.12.2025)
-
Maduro: Venesuela müdafiə sistemini təkmilləşdirib
-
Berlində Rusiya-Ukrayna müharibəsi ilə bağlı danışıqlar məxfi aparılıb
-
Metroda problem: Qatarlar tuneldə qaldı













