Əfran İsmayılov: "Qarabağ" qələbəni "Ayaks"dan daha çox istəməlidir"
Far.Az xəbər saytı

Əfran İsmayılov: "Qarabağ" qələbəni "Ayaks"dan daha çox istəməlidir"


"Qarabağ" komandası qələbəni "Ayaks"dan daha çox istəməlidir.

Far.Az xəbər verir ki, bu barədə "köhlən atlar"ın sabiq futbolçusu Əfran İsmayılov "Report"a açıqlama verib.

Azərbaycan millisinin 37 yaşlı keçmiş yarımmüdafiəçisi UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün keçiriləcək qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:

"Təmsilçimiz artıq elə səviyyəyə çatıb ki, "Ayaks"ı məğlub etmək barədə düşünürük. Bunun üçün sevinirəm. Bunu məhz "Qarabağ" bacarıb. Azərbaycan futbolu üçün böyük uğurdur. Rəqib turnirdə hələ ki, xal qazana bilməyib. Müvəqqəti baş məşqçiləri var. O da mütləq qələbəyə nail olmaq istəyəcək. Amma biz onlardan da çox istəməliyik. Çünki pley-off şanslarımız var. Yeni tarix yazmaq istəyiriksə, doğma meydanda mütləq qalib gəlməliyik".

Ə.İsmayılov Amsterdam təmsilçisinin çətin dönəmdən keçdiyini söyləyib:

"Buna baxmayaraq, "Ayaks"ın adı bəsdir. Matça çox ciddi yanaşmaq lazımdır. Qurban Qurbanov nələr etməli olduqlarını yaxşı bilir. Futbolçular, komanda bu gün ən yaxşı oyunlarından birini sərgiləməlidirlər. Təmsilçimizin qalib gələcəyinə inanıram. Məncə, oyun bizim üstünlüyümüz şəraitində keçəcək. Şanslardan maksimum yararlanmalı və rəqibin əks-hücumları zamanı diqqətli olmalıyıq".

Qeyd edək ki, "Qarabağ" - "Ayaks" oyunu bu gün, saat 21:45-də start götürəcək.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər