Anasının kartındakı pulları oğurlayıb arvadına göndərdi
Far.Az xəbər saytı

Anasının kartındakı pulları oğurlayıb arvadına göndərdi


Sumqayıt şəhər sakinlərindən birinin bank kartından 4244 manat vəsaiti naməlum şəraitdə oğurlanıb.

Far.Az xəbər verir ki, Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən hadisənin təfərrüatı araşdırılarkən zərərçəkənin mobil tətbiqi və kartına kibermüdaxilənin olmadığı müəyyən edilib. Bu hal isə oğurluğun zərərçəkənin ailə üzvlərindən birinin iştirakı ilə törədildiyinə əsaslı şübhələr yaradıb.

Həyata keçirilən tədbirlər nəticəsində zərərçəkənin oğlu X.Əhmədov talama cinayətini törətməkdə şübhəli bilinərək saxlanılıb.

Araşdırmalarla onun 4 ay ərzində anasının mobil telefonundan gizli şəkildə mobil bank tətbiqinə daxil olduğu, daha sonra hesabdakı pul vəsaitini həyat yoldaşına və özünə məxsus ayrı-ayrı kartlara köçürdüyü məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Oxşar xəbərlər

Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM
Media nümayəndələri təltif edilib - Prezidentdən SƏRƏNCAM

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər