Gürcüstan üzərindən gətirilən avtomobillər bahalaşa bilər
Gürcüstan üzərindən Azərbaycana gətirilən avtomobillərin qiyməti arta bilər.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, Gürcüstanın Daxili İşlər Nazirliyinin Xidmətlər Agentliyi tərəfindən hazırlanmış qanun layihəsinə əsasən, bu ölkədə xarici vətəndaşların aldığı və ya təkrar ixrac etdiyi nəqliyyat vasitələri ilə bağlı rüsumların artırılması nəzərdə tutulur. Mövcud qaydalara əsasən, tranzit nömrə nişanı üçün rüsum 50 laridən 370 lariyə qaldırılacaq. Bu isə hazırkı məzənnə ilə 32 manat əvəzinə 233 manat təşkil edir.
Bundan əlavə, avtomobillər üçün ekspertiza aktının hazırlanması üzrə ödəniş 100 laridən 180 lariyə yüksəldiləcək ki, bu da 63 manatdan 113 manata qədər artım deməkdir. Eyni zamanda, ixrac üçün gömrük bəyannaməsinin doldurulmasına görə tutulan rüsum 130 laridən 200 lariyə qaldırılacaq. Bu məbləğ təxminən 126 manata bərabərdir.
Avtomobil satışı üzrə ekspert Eldəniz Cəfərovun sözlərinə görə, Gürcüstan tərəfi bu addımı artan tələb fonunda atmağı planlaşdırır.
ABŞ-dən gətirilən avtomobillərin böyük əksəriyyəti Poti limanı vasitəsilə qeyd olunan prosedurlardan keçir və rüsumların artırılması birbaşa alıcılara təsir göstərir. Bu halda, Gürcüstan yolu ilə Azərbaycana daxil olan avtomobillərin qiymətlərində də ciddi bahalaşma gözlənilir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.
Oxşar xəbərlər
Azərbaycana xaricdən gətirilən UCUZ ƏTLƏR: 11 manatdan başlayır
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Biznes məqsədli avtomobillərin idxalında beynəlxalq təcrübə: Azərbaycanda mövcud vəziyyət - ARAŞDIRMA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
CENTCOM: Hörmüz boğazından 1,7 milyard bareldən çox neft daşınıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb













