Bakıda oğurluq edəndən sonra hadisə yerindən qaçan şəxslərin maşını radara düşüb
Binəqədi rayonu ərazisində yerləşən iki evdən oyun aparatı, təmir aləti və məişət əşyaları oğurlanıb.
Far.Az xəbər verir ki, bu barədə polisə müraciət edən zərərçəkənlərə ümumilikdə 5015 manat maddi ziyan dəydiyi məlum olub.
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı Faiq Quliyev və 30 yaşlı Fuad Abdulov müəyyən olunaraq saxlanılıblar.
Aparılan araşdırmalarla F.Abdulovun bir nəfərə məxsus bağ evindən 1850 manat dəyərində məişət əşyaları oğurladığı da məlum olub.
Saxlanılan şəxslərin evlərə daxil olmaları, oğurluq etdikləri anlar və "BYD" markalı avtomobillə hadisə yerindən uzaqlaşmaları təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb. Hətta saxlanılan şəxslər hadisə günü oğurluq etdikləri mənzildən qayıdan zaman yol hərəkəti qaydalarını pozduqlarına görə də xüsusi texniki vasitələrin köməkliyi ilə cərimələniblər.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Sülh əleyhinə və digər ağır cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Polkovnik-leytenantın oğlunu öldürməkdə şübhəli bilinən şəxs polisə təslim olub
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün













