Vitse-prezident: Sumo güləşçilərimiz dünya çempionatında əzmkar mübarizə apardılar
İdmançılarımız bu yarışda əzmkar mübarizə apardılar.
Bunu "Far.Az"a açıqlamasında Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının vitse-prezidenti Ülvi Ağamirov Polşanın Krotoşin şəhərində keçirilmiş dünya çempionatı ilə bağlı danışarkən deyib.
Qurum rəsmisi turnirdəki nəticəni qənaətbəxş hesab etdiklərini bildirib:
"Bundan əvvəlki mundial ilə müqayisədə daha çox mükafat əldə edik".
Vitse-prezident qarşıdakı hədəflərindən də söz açıb:
"2025-ci ildə təşkil olunacaq dünya çempionatına hazırlaşacağıq. Tailandda reallaşacaq yarışda medal sayını daha da artırmaq niyyətindəyik. Bundan əlavə, tarixdə ilk dəfə ölkəmiz adına qızıl mükafat qazanmağı qarşımıza məqsəd qoymuşuq".
Qeyd edək ki, Azərbaycanın sumo güləşçiləri dünya çempionatında üç bürünc medal əldə ediblər. 80 kq-da Cavidan Nəhmətov, 85 kq-da Şərif Abdullah və 100 kq-da Çingiz Səmədov fəxri kürsünün üçüncü pilləsində yer alıblar.
Oxşar xəbərlər
Fərid Qayıbov: Avqust ayı Azərbaycan idman tarixinə yeni qələbələr, tarixi uğurlar və rekordlarla yazıldı
Milli, etnik və dini düşmənçiliyin salınmasına hesablanmış anti-Azərbaycan dəstə
Milli, etnik və dini düşmənçiliyin salınmasına hesablanmış anti-Azərbaycan şəbəkə
Azərbaycan güləşçiləri dünya çempionatında 2 bürünc medal qazanıb
Azərbaycan güləşçiləri dünya çempionatında 2 bürünc medal qazanıb - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
Zəfər yolunun açılışından 5 il ötür – Şuşaya aparan tarixi yol
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Energetik içkilərlə bağlı şok faktlar: "Zəiflərə, hamilələrə zərərlidir, sağlam adama yox?!"













