Qurban Qurbanov ilin ən yaxşı məşqçisi seçildi
Azərbaycanda 2025-ci ilin ən yaxşı futbol məşqçisinin adı məlum olub.
BAKU.WS xəbər verir ki, Komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov digər namizədləri böyük fərqlə qabaqlayaraq, birinci yeri tutub.
Qurbanov 63 jurnalistin qatıldığı sorğuda 58 səs toplamaqla, 2025-ci ilin ən yaxşı məşqçisi seçilib. Bununla da, o, 15-ci dəfə Azərbaycanın ən yaxşı məşqçisi adını qazanıb.
Sorğuda iştirak edənlərdən 2-si son mövzümdə "Sabah"a ölkə kubokunu qazandıran Vasili Berezutskiyə, 1-i "Zirə"nin "sükanı arxasında" olan Rəşad Sadıxova, 1-i "Araz-Naxçıvan"ın çalışdırıcısı Elmar Baxşıyevə, 1-i isə milli komandanın və "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasova səs verib.
"Qarabağ" ötən mövsümdə Qurban Qurbanovun rəhbərliyi altında Azərbaycan Premyer Liqasında çempionluq sevinci yaşayıb. Bundan başqa, Qurbanovun komandası tarixində ikinci dəfə UEFA Çempionlar Liqasında əsas mərhələyə yüksəlib. Hazırda da bu turnirdə çıxışını davam etdirən "köhlən atlar" "Benfika", "Kopenhagen" kimi komandaları məğlub edib, "Çelsi" ilə oyunda bərabərə qalıb.
Oxşar xəbərlər
Mənsum İbrahimov bu universitetin "Fəxri Professor"u seçildi
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Qurban Qurbanov və futbolçuları Yeni Robotik Reabilitasiya Mərkəzini ziyarət ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Özcan Denizin həyat yoldaşı 3 yaşlı bacısı oğlunun yasına gedə bilmədi
-
WSJ: Ağ Ev rəhbərinə İrana yeni zərbələrlə bağlı variantlar təqdim edilib
-
"Mançester Yunayted"in baş məşqçisi: Mənə heç bir zəmanət lazım deyil
-
Yeni Suraxanı-Hövsan dəmiryol xətti bərpa ediləcək, layihələndirmə işlərinin 30 %-i yekunlaşıb
-
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edilib
-
Sadiq Əliyev kimdir? Maliyyə nazirinin yeni müavini haqqında DOSYE













