Azərbaycan Cüdo Federasiyasının prezidenti milli komandaların üzvləri ilə görüşüb
Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev yeniyetmələr və gənclərdən ibarət milli komandaların idmançıları, məşqçiləri və tibbi-dəstək heyəti ilə görüş keçirib.
ACF-dən "Report"a verilən məlumata görə, toplantı zamanı federasiya rəhbəri komanda üzvlərini yeniyetmələrin dünya çempionatı və gənclərin Avropa çempionatında qazandıqları yüksək nailiyyətlər münasibətilə təbrik edib.
Rəşad Nəbiyev gənc idmançıların komanda yarışlarında göstərdikləri əzm və fədakarlığın təqdirəlayiq olduğunu vurğulayıb.
Bu qələbələrin Prezident İlham Əliyevin cüdonun inkişafına göstərdiyi diqqət və qayğı sayəsində mümkün olduğu qeyd edilib.
Görüşdə həmçinin Azərbaycanın ən ucqar bölgələrində belə cüdo zallarının açıldığı, mövcud cüdo obyektlərinin infrastrukturunun yaxşılaşdırıldığı bildirilib. Bu addımların ölkədə cüdonun inkişafına töhfə verəcəyi qeyd olunub.
ACF prezidenti idmançılara gənclərin dünya çempionatında və digər yarışlarda uğurlar arzulayıb, onların potensiallarını tam həyata keçirmələri üçün zəruri resurs və dəstəyin təmin olunacağını bildirib.
Qeyd edək ki, yeniyetmələrdən ibarət milli dünya çempionatında 2 qızıl və 2 bürünc medal qazanıb. Azərbaycan komanda hesabında yalnız Yaponiyadan geri qalaraq 2-ci, oğlanların sıralamasında isə bütün ölkələri qabaqlayaraq 1-ci yeri tutub.
Gənclərdən ibarət yığma isə Avropa çempionatının fərdi yarışlarında 4-ü qızıl, 2-si gümüş, 2-si bürünc olmaqla 8 medal əldə edib. Beləliklə, Azərbaycan komanda hesabında 1-ci yeri tutub. Ölkəmiz həmçinin oğlanların sıralamasında 1-ci, qızların mübarizəsində 2-ci yerdə qərarlaşıb. Avropa çempionatının qarışıq komanda yarışında isə Azərbaycanın gənclərdən ibarət yığması tarixində ilk dəfə qızıl medal qazanıb.
Oxşar xəbərlər
Fərid Qayıbov: Avqust ayı Azərbaycan idman tarixinə yeni qələbələr, tarixi uğurlar və rekordlarla yazıldı
Qusarda yeni Cüdo Təlim Mərkəzi açılıb
Mehriban Əliyevanın doğum günüdür
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
İlham Əliyevin İtaliya Prezidenti ilə birgə işçi naharı olub - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı və Abşeronun bir hissəsinə 3 gündür su niyə gəlmir?
-
Binəqədidə təmirə görə iki avtobusun marşrutu dəyişdirildi
-
Sumqayıtda dənizdə batan 82 yaşlı kişinin meyiti tapılıb
-
Beynəlxalq səyyahların Şuşaya səfəri başlayıb
-
Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib - 23 motoxuliqan saxlanılıb
-
Cəbrayılda 26 yaşlı kişi mina partlayışında yaralanıb













