Azərbaycanın ən gənc dünya çempionu: "Finalda erməniəsilli boksçuya qalib gəldim"
Beş görüş keçirdim, finalda erməniəsilli Rusiyalı boksçuya qalib gəldim.
"Report" xəbər verir ki, bu sözləri Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanaraq Vətənə dönən Azərbaycan boksçusu Sübhan Mamedov jurnalistlərə açıqlamasında deyib.
"Çox yaxşı hazırlaşmışdım. İnanırdım ki, çempion olacağam. Bu yarışa çempion olmaq üçün getmişdim. Çətinliklər olsa da, qalibiyyəti bacardım", - idmançı söyləyib.
S.Mamedov gələcək hədəfləri barədə də danışıb:
"Bundan əvvəl noyabrın 23-də Avropa çempionatına getmişdim. Ayın 30-da oradan qayıdıb, dünya çempionatında iştirak etmək üçün Dubaya yola düşdüm. 2028-ci ildə keçiriləcək Olimpiya oyunlarına hazırlıqlar başlayır. Növbəti hədəfim yenə də çempion olmaqdır".
Qeyd edək ki, Azərbaycan boksçusu Sübhan Mamedov (48 kq) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatının finalında Rusiya təmsilçisi Edmond Xudayana qalib gəlib. Bununla da Azərbaycanın ən gənc dünya çempionu kimi tarixə düşüb.
Oxşar xəbərlər
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB
Azərbaycanın daha bir boksçusu dünya çempionatında mərhələ adlayıb
Prezident Azərbaycanda sosial müavinətləri artırdı - FƏRMAN
Üzgüçülük üzrə Azərbaycan çempionatında növbəti mükafatçılar bəlli olub
Azərbaycan boksçusu dünya çempionatında qızıl medal qazanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
-
"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb













