Azərbaycan boksçusu: "Dünya çempionatında yaxşı nəticə əldə etdik"
"Düşünürəm ki, dünya çempionatında yaxşı nəticə əldə etdik".
"Report" xəbər verir ki, bu sözləri Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında bürünc medal qazanaraq Vətənə dönən Azərbaycan boksçusu Alfonso Dominqes jurnalistlərə açıqlamasında deyib.
"Biz bu dünya çempionatına çox yaxşı hazırlaşmışdıq. Boksçuların hazırlıq səviyyəsi yüksək idi. Sübhan Mamedov qızıl, mən və Məhəmməd Abdullayev isə bürünc medala yiyələndik. Ümumi komanda hesabında dördüncü olduq", - Dominqes bildirib.
Gələcək planlar barədə danışarkən idmançı qeyd edib ki, Olimpiadada şəxsi nəticəsini yeniləməkdən ötrü mübarizəyə qoşulacaq: "Bir gümüş və bir bürünc medalım var. Olimpiya oyunlarına ciddi hazırlaşmalıyıq. Bu dəfə birincilik qazanmaq istəyirəm İlk növbədə lisenziya əldə etmək, daha sonra isə qızıl medal barədə düşünmək olar".
Xatırladaq ki, Azərbaycan boksçusu, 30 yaşlı Alfonso Dominqes (92 kq) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatından bürünc medalla ayrılıb.
Oxşar xəbərlər
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB
Azərbaycanın daha bir boksçusu dünya çempionatında mərhələ adlayıb
Prezident Azərbaycanda sosial müavinətləri artırdı - FƏRMAN
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin müavini Azərbaycana səfərə gəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
-
"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb













