Kürdəmirdə canavarların hücumu nəticəsində 10 baş xırdabuynuzlu heyvan tələf olub
Far.Az xəbər saytı

Kürdəmirdə canavarların hücumu nəticəsində 10 baş xırdabuynuzlu heyvan tələf olub


Kürdəmirdə canavarlar təsərrüfata hücum edib, 10 baş xırdabuynuzlu heyvan tələf olub.

"Far.Az"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ərşəli kəndində qeydə alınıb.

Belə ki, yırtıcılar kənd sakini Qurbanov Nofəl Mirzəağa oğlunun təsərrüfatına hücum çəkib. Nəticədə fermerə məxsus 10 baş xırdabuynuzlu heyvan tələf olub, 5 baş heyvan isə yaralanıb.

N.Qurbanovun sözlərində görə, yırtıcılar onun təsərrüfatına ümumilikdə 8 min manata yaxın maddi ziyan vurublar.

Xatırladaq ki, canavarlar bir necə gün öncə də rayonun Çöl Qubalı və Sığırlı kəndlərinin də təsərrüfatlarına hücum edib və fermerlərə 10 min manata yaxın maddi ziyan vurublar.

Oxşar xəbərlər

Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Bu rayonlarda torpaqlar ucuz qiymətə satışa çıxarıldı - SİYAHI
Torpaq sahələri ucuz qiymətə satışa çıxarıldı - MƏBLƏĞLƏR
Bu ərazilərdə torpaq sahələri ucuz qiymətə satışa çıxarıldı - SİYAHI
Ucuz qiymətə torpaq sahəsi almaq istəyənlər üçün YENİ XƏBƏR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər