Gəncədə toy karvanında avtoxuliqanlıq edən sürücülər həbs edilib
Far.Az xəbər saytı

Gəncədə toy karvanında avtoxuliqanlıq edən sürücülər həbs edilib


Gəncə Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı toy karvanında avtoxuliqanlıq edən iki "Chevrolet" və bir "Azsamand" markalı avtomobillərin sürücüləri -E. Hətəmi, E. Məmmədov və Z. Həsənov saxlanılıblar.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Far.Az"un Qərb bürosuna bildirilib ki, sürücülər barəsində inzibati protokol tərtib edilib.

Məhkəmənin qərarı ilə hər 3 sürücü bir il müddətinə sürücülük hüququndan məhrum edilib və 15 sutka inzibati həbs olunub.

Bununla yanaşı, polis əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbirlər zamanı narkotik vasitələrin təsiri altında avtomobil idarə edən daha 6 sürücü saxlanılıb. Tibbi müayinə zamanı sürücülərin narkotik vasitələr qəbul etdiyi sübuta yetirilib.

Onlar barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Oxşar xəbərlər

Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Yol hərəkəti təhlükəsizliyi üçün profilaktik işlər davam edir
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Bakıda kosmetoloji vasitələrin satışı anbarının fəaliyyəti dayandırılıb
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər