Bakıda Yeni il şənliklərinə hazırlıqla bağlı işlər yekunlaşmaq üzrədir
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il şənliklərinin keçirilməsi ilə əlaqədar Bakı şəhər və paytaxt rayonları icra hakimiyyətləri tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilir.
"Far.Az" xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, artıq şəhərin parkları, meydan və küçələrinin bəzədilməsi, burada Yeni il atributlarının, işıqlı çilçıraqların və digər dekorativ bəzəklərin quraşdırılması işləri yekunlaşmaq üzrədir.
Ənənəvi olaraq bayram tərtibatı işləri görülən Neftçilər prospekti, Yusif Səfərov, Niyazi, İstiqlaliyyət, Xəqani Rüstəmov, mərkəzi bulvar küçələri, Xəqani bağı, Azərbaycan prospekti və bir sıra digər ərazilər də bayramla bağlı bəzədilir.
"Azneft" dairəsində isə yeni il şam ağacı kompleksi yaradılıb.
Həmçinin Mərkəzi park və metronun "Gənclik" stansiyası yaxınlığındakı keçmiş "Antena" sahəsi kimi tanınan parklarda da gözəl şəkildə bəzədilmiş şam ağacları quraşdırılır.
Bundan əlavə, paytaxt rayonlarının bir çox mərkəzi və onlara bitişik küçələrində də bayramla bağlı tərtibat işləri görülüb.
Oxşar xəbərlər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Bakı–Ələt–Qazax magistralının sonuncu hissəsinin genişləndirilməsi yekunlaşmaq üzrədir
Bulvar boyunca avtobus dayanacaqları ilə bağlı YENİ TƏKLİF
Zəfər Günü münasibətilə Bakıda bayram konserti keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib
-
Meksikada narkokartel rəhbərinə qarşı əməliyyat zamanı şəhərdə XAOS YAŞANDI













