Laçında istifadəyə verilməmiş tuneldə qəza törədən sürücü həbs edildi
Laçın-Kəlbəcər yolunun Hacısamlı kəndindən keçən hissəsində istifadəyə verilməmiş tuneldə ağır qəza törədən şirkət əməkdaşı həbs edilib.
Far.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Laçın Rayon Məhkəməsində 1984-cü il təvəllüdlü Qalib Kərimova hökm oxunub.
Bildirilib ki, hadisə 1 iyun 2025-ci il saat 05:30-da baş verib.
Belə ki, tikinti şirkətində çilingər işləyən Qalib həmin vaxt ona təhkim edilmiş "Mitsubishi L-200" markalı avtomobillə giriş-çıxışın qadağan edildiyi tunelə daxil olub.
O, yüksək sürətlə tuneldə hərəkətdə olarkən yola tökülmüş torpaq topası ilə qarşılaşıb. Bu zaman Q.Kərimov maşını torpağın hündürlüyünün az olduğu yerdən sürüb keçmək istəyib. Lakin maşın torpağa çırpılıb, sürücü və avtomobildəki 4 sərnişin yaralanıb. Onlar avtomobilin içində güclü silkələnmə və salona çırpılma səbəbindən müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar. Həmin şəxslərdən biri - tikinti şirkətinin əməkdaşı Raqif Əliyev daxili qanaxma səbəbindən Bərdə xəstəxanasında ölüb.
Məhkəmədə mərhumun yaxınları Qalibdən şikayətçi olduqlarını bildiriblər. Laçın Rayon Məhkəməsinin hökmü ilə o, 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. İstintaq müddətində polisin nəzarəti altında olan sürücü məhkəmə iclas zalında həbs edilib.
Oxşar xəbərlər
Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakı-Qazax yolunun Yevlaxdan keçən hissəsində tikinti və yenidənqurma işləri yekunlaşıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün













