Kəmaləddin Heydərov: Son iyirmi ildə FHN üçün 1 134 yeni texnika alınıb
Far.Az xəbər saytı

Kəmaləddin Heydərov: Son iyirmi ildə FHN üçün 1 134 yeni texnika alınıb


Son iyirmi il ərzində Fövqəladə Hallar Nazirliyi (FHN) üçün 1 134 yeni texnika alınıb.

"Far.Az" xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov FHN işçilərinin peşə bayramı günü və nazirliyin yaradılmasının 20-ci ildönümü ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib.

Nazir xatırladıb ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2005-ci ildə yaradılan nazirlik ötən 20 il ərzində dövlət başçısının qayğısı nəticəsində müasir texnika ilə təmin olunub:

"Nazirlik yaradılanda əksər texnika köhnə idi, qısa zamanda nazirliyin texnika bazası müasir avadanlıqla təmin olunub. Ötən illər ərzində 1 134 yeni texnika alınıb. Qısa müddət ərzində nazirliyin 9 regional mərkəzi istifadəyə verilib. Xüsusi ixtisaslı kadrların hazırlanması məqsədi ilə 2008-ci ildə yaradılan nazirliyin Akademiyasından hər il ixtisaslı kadrlar məzun olur".

Oxşar xəbərlər

Məşhurlardan 29 Oktyabr – Cümhuriyyət bayramı PAYLAŞIMLARI
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Sumqayıtda Zəfərin 5-ci ildönümü qeyd olunub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İmişlidə I Qarabağ müharibəsinin itkin-şəhidi Elçin Heydərov dəfn edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər