Sumqayıtda Zəfərin 5-ci ildönümü qeyd olunub
Sumqayıt şəhərində Zəfərin 5-ci ildönümü qeyd edilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, ağacəkmə aksiyası ilə başlayan tədbirin iştirakçıları daha sonra şəhərin Şəhidlər xiyabanında bir araya gəliblər.
Tədbirin əvvəlində hərbi orkestrin ifasında Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhər rəhbərliyinin də qatıldığı tədbirdə qeyd olunub ki, 8 Noyabr Azərbaycan xalqının tarixində ən şərəfli və qürurverici günlərdən biridir. İkinci Qarabağ müharibəsində əldə olunan möhtəşəm qələbə xalqın birliyinin, dövlətin güc və qüdrətinin təntənəsi olduğu vurğulanıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 gün davam edən Vətən müharibəsində parlaq zəfər qazanaraq əraziləri işğaldan azad etdiyi, dövlətin suverenliyinin bərpa olunduğu diqqətə çatdırılıb.
Vurğulanıb ki, bu zəfər xalqın iradəsini, vətənpərvərliyini və haqq uğrunda mübarizə əzmini bütün dünyaya nümayiş etdirib, Azərbaycan Ordusu düşmənin 30 illik işğalına son qoyub.
Qalereya
Sonda tədbir iştirakçıları Şəhidlər xiyabanındakı "Qalib əsgər" abidəsinin önünə əklil qoyub, şəhidlərin məzarlarını ziyarət edib, onların ruhuna dualar oxuyublar.
Oxşar xəbərlər
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
Şuşada "8 Noyabr - Zəfərin təntənəsi" adlı silsilə tədbirlər keçirilir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Nyu-Yorkun "Times" meydanında Zəfər Günü ilə bağlı məlumatlandırma aksiyası keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bulvarda Zəfər Günü ilə bağlı konsert keçiriləcək
-
Bakıda hərbi parad bu səbəbdən 13:00-da keçiriləcək
-
Beynin bir nömrəli dərmanı bu qida imiş - Alimlərdən yeni kəşf
-
Bakıda Zəfərin beşinci ilinə həsr olunan hərbi parad keçirilir - CANLI
-
Mətbuat Şurası: Azərbaycan jurnalistləri Zəfərin qazanılmasına mənəvi və ideoloji töhfə verdilər
-
Şahbaz Şərif: Prezident İlham Əliyevlə görüşməkdən şərəf və məmnunluq duydum













