Dövlət Neft Fondunun səhm gəlirləri 3 ayda 1 mlrd. dollardan çox artıb
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) səhm portfeli üzrə gəlirləri 3 ayda 1 milyard dollardan çox artıb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bu barədə Fonddan bildirilib. Belə ki, ARDNF indiyə kimi, səhm indeksləri üzrə 7,1 mlrd. dollar investisiya edib. Fondun yaranma tarixindən bu il oktyabrın 1-nə kimi bu investisiyalardan əldə etdiyi gəlirlər isə 8,8 mlrd. dollara çatıb. Halbuki, bu rəqəm ilin ilk yarısı üzrə 7,7 mlrd. dollar təşkil etmişdi. Başqa sözlə, bir rübdə Fondun səhm üzrə gəlirləri 14,3% və ya 1,1 mlrd. dollar artıb. Bu isə qısa müddətdə yüksək göstərici hesab olunur.
Ümumilikdə, ARDNF-nin səhm portfelinin dəyəri üç ayda 14,8 mlrd. dollardan 15,9 mlrd. dollara yüksəlib.
Fonddan bildirilib ki, 2025-ci ilin üçüncü rübündə MSCI World indeksində müşahidə olunan artım əsasən qlobal səhm bazarlarında, xüsusilə inkişaf etmiş ölkələrdə qeydə alınan genişmiqyaslı qiymət yüksəlişi ilə izah olunur.
"Müsbət makroiqtisadi göstəricilər, gözləntiləri üstələyən korporativ maliyyə nəticələri, eləcə də texnologiya və süni intellekt (AI) sektorlarına artan maraq investorların riskli aktivlərə yönəlməsini gücləndirib"- açıqlamada əlavə edilib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
2025-ci ildə Azərbaycanın təbii qaz gəlirləri 6,7 milyard dollar olub - STATİSTİKA
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
CENTCOM: Hörmüz boğazından 1,7 milyard bareldən çox neft daşınıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib













