Bakıda mühüm tunelin tikintisində işlər dayanıb: Ərazidə nə işçi var, nə də texnika
Far.Az xəbər saytı

Bakıda mühüm tunelin tikintisində işlər dayanıb: Ərazidə nə işçi var, nə də texnika


Paytaxtın Ağ Şəhər ərazisində nəqliyyat axınını yaxşılaşdırmaq məqsədilə həyata keçirilən layihə üzrə işlər dayandırılıb.

Far.Az "Xəzər" TV-yə istinadən xəbər verir ki, Xəqani Rüstəmov küçəsi ilə Ağa Nemətulla küçəsini birləşdirəcək tunelin tikintisində hazırda heç bir iş aparılmır.

Əraziyə baxış zamanı tikinti üçün nəzərdə tutulan materialların toplandığı, lakin texnikanın və işçi qüvvəsinin olmadığı müşahidə edilib.

Sürücülər hesab edirlər ki, tikintinin uzanması ərazidə nəqliyyat yükünü daha da artırır. Onların sözlərinə görə, layihənin tamamlanması təkcə sözügedən küçələrdən istifadə edənlər üçün deyil, həm də ətraf ərazilərdə nəqliyyatın hərəkətinin təşkili baxımından əhəmiyyətlidir.

Qeyd edək ki, tunelin inşası 2025-2030-cu illəri əhatə edən dövlət proqramı çərçivəsində nəzərdə tutulan layihələrdən biridir. Bu səbəbdən tikintinin hazırda hansı mərhələdə olduğu, işlərin nə üçün dayandırıldığı və nə vaxt bərpa ediləcəyi sual doğurur.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanlanıb.

Qurumdan bildirilib ki, qeyri-iş günü olduğu üçün məsələ iş həftəsi ərzində dəqiqləşdiriləcək və məlumat veriləcək.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bu gün paytaxtın 555 küçəsi yuyuldu
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Anar Rzayev: "2030-cu ildə Bakıda nəqliyyat sıxlığı ciddi azalacaq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər