İlon Maskın sərvəti 600 milyard dolları keçdi – tarixi rekord
Far.Az xəbər saytı

İlon Maskın sərvəti 600 milyard dolları keçdi – tarixi rekord


ABŞ-li milyarder iş adamı İlon Mask tarixdə sərvəti 600 milyard dolları aşan ilk şəxs olub. Bu artım əsasən onun rəhbərlik etdiyi "SpaceX" şirkətinin mümkün IPO-su (səhmlərin ilkin kütləvi təklifi) ilə bağlı yayılan xəbərlərdən sonra qeydə alınıb.

Far.Az "Forbes"ə istinadən xəbər verir ki, "SpaceX"in təxminən 800 milyard dollar dəyərində qiymətləndirilə biləcəyi ehtimalları Maskın sərvətində kəskin artıma səbəb olub. Şirkətdə təxminən 42 faizlik paya sahib olan Maskın sərvəti bir anda 168 milyard dollar artaraq təxminən 677 milyard dollara yüksəlib.

Qeyd edək ki, Mask oktyabr ayında da 500 milyard dollarlıq sərhədi keçən ilk şəxs kimi tarixə düşmüşdü. Onun sərvətinin artmasına "Tesla" şirkətindəki payı da təsir göstərib. Satışlarda zəifləmə olsa da, bu il "Tesla" səhmləri ümumilikdə 13 faiz bahalaşıb.

Bundan əlavə, İlon Maskın süni intellekt sahəsində fəaliyyət göstərən "xAI" şirkətinin də yüksək dəyər üzərindən yeni investisiya danışıqları apardığı bildirilir.

Oxşar xəbərlər

Maskın davam edən şousu  - müxalif partiya yaratmaq cəhdi - ŞƏRH
Məşhurlardan 29 Oktyabr – Cümhuriyyət bayramı PAYLAŞIMLARI
İlon Mask tarixdə sərvəti 600 milyard dolları keçən ilk insan olub
Bakıda 4 otaqlı ev 118 800 manatdan - Ucuz mənzillərin satışı başladı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər