ACES Europe rəsmisi: "Bakıda çox gözəl idman infrastrukturu mövcuddur"
Far.Az xəbər saytı

ACES Europe rəsmisi: "Bakıda çox gözəl idman infrastrukturu mövcuddur"


Bakıda çox gözəl idman infrastrukturu mövcuddur.

"Report"un məlumatına görə, bunu Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının (ACES Europe) baş katibi Huqo Alonso Bakının "Dünya İdman Paytaxtı" elan olunmasına həsr edilmiş rəsmi təqdimetmə mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

O, Bakının çox gözəl şəhər olduğunu vurğulayıb:

"Bakını "Dünya İdman Paytaxtı" elan edən rəsmi çərçivəni Monakodan bura gətirdik. Paytaxtınızda çox gözəl idman infrastrukturunun olduğunu bilirik. Bakı daha əvvəl bir sıra beynəlxalq yarışlara ev sahibliyi edib. Bu yarışların hər birinin yüksək səviyyədə keçdiyini çox yaxşı xatırlayırıq".

Qeyd edək ki, Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakını 2026-cı il üçün dünyanın "İdman paytaxtı" seçib.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
"Dünyanın ən gözəl qızı" Tilan Blonde hazırda 24 yaşındadır
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər