Sosial şəbəkələrdə işə qəbulla bağlı saxta elanlar paylaşan şəxs saxlanılıb
Far.Az xəbər saytı

Sosial şəbəkələrdə işə qəbulla bağlı saxta elanlar paylaşan şəxs saxlanılıb


Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sosial şəbəkələrdə saxta iş elanları yerləşdirərək dələduzluq edən 38 yaşlı Mahmud Şərifov saxlanılıb.

Far.Az xəbər verir ki, M.Şərifov onunla əlaqə saxlayan hər bir şəxsin işə qəbulla bağlı müraciətinin qeydə alınması üçün müxtəlif məbləğlərdə pulun kartına köçürülməsini tələb edib.

O, pulları əldə edəndən sonra zərərçəkənlərlə əlaqələrini kəsib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Vətəndaşlara bir daha tövsiyə edilir ki, sosial şəbəkələrdə rastlaşdıqları iş elanları məlumatlarına diqqətlə yanaşsınlar və həmin şəxslərə onlayn ödənişlər etməkdən çəkinsinlər.

Oxşar xəbərlər

Azərbaycanda qan banklarının siyahısı yenilənib
Sosial şəbəkədə işə qəbulla bağlı saxta elanlar paylaşaraq dələduzluq edən şəxs saxlanılıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər